Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu işsizlik sığortası ilə bağlıdır.
İşsizlikdən sığorta ödənişinin müddəti nə qədərdir?
Dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, ,işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir.
Əmək müqaviləsinin müddətinin bitməsi ilə işdən azad edildikdə isə 3 ay müddətinə təyin edilir, həmin şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilmir.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR