Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79802
az

Xəstəxanadan gələn məktubu oxuyub şoka düşdülər - Yeni ilə bir gün qalmış...

17:4030 Dekabr, 2022
227
CƏMİYYƏT
  • A

Böyük Britaniyada Donkaster yaxınlığındakı xəstəxanada xəstələrə Milad bayramı təbriki əvəzinə ağciyər xərçəngi olduğunu bildirən mesajlar gəlib.

OXU24.COM bildirir ki, bu barədə "The Sun" məlumat yayıb.

"Askern Medikal Praktis" xəstəxanasında qeydiyyatda olan yüzlərlə insana səhvən bu diaqnozla olan mesajlar gəlib. Orada deyilib: "Diaqnoz - metastazları olan aqressiv ağciyər xərçəngi".

Həmin xəstələr arasında ağciyər xərçəngi testinin nəticəsini gözləyən Cənubi Yorkşir ştatının Norton şəhərindən olan 57 yaşlı Kris Rid də olub. Kişinin sevgilisi bu mesajı görəndə göz yaşlarına boğulduğunu deyib. Xəstəxanaya zəng vurmağa çalışıb, ancaq xətt məşğul olub.

Britaniyalının özü həkimə gələrək mesajın səhvən göndərildiyini və analizlərinin nəticəsinin mənfi olduğunu öyrənib. "Cəmi bir saat ərzində "Sizdə ağciyər xərçəngi var"dan "Milad bayramınız mübarək"ə keçdilər. İnanılmazdır", - kişi deyib.

Xəstəxana daha sonra qəzəbli və qorxmuş xəstələrə üzr və Milad bayramını təbrik edən mesaj göndərib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir
Bu 3 ədviyyat qanda şəkər və xolesterin miqdarını azaldır
Baydenin baş müşaviri Ağ Evi TƏRK EDİR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Məşədi Dadaş” məscidinin imamına sui-qəsd təşkil edən şəxs həbs olundu