Oxu24.com oxuculara hüquqi yardımını davam etdirir.
Məhkəmə və hüquq mühafizə orqanları işçilərinə hansı miqdarda sığorta ödənişi edilir?
Məhkəmə və hüquq mühafizə orqanları işçiləri 5 illik əməkhaqqı məbləğində sığorta edilir.
Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə bu sığorta ödənişi müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərinə əsasən verilir.
- həlak olduqda (vəfat etdikdə) - 100 faiz;
- xidmət zamanı aldığı xəsarətlə və ya xəstəliklə əlaqədar xidmətdən çıxdıqdan sonra üç müddətində öldükdə - 100 faiz;
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz;
- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz;
- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz;
- ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz;
- az ağır (yaralanma, travma, kontuziya) aldıqda - 15 faiz;
- yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR