Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79707
az

Salyan sakinindən külli miqdarda narkotik və odlu silah götürülüb

09:1529 Dekabr, 2022
135
KRİMİNAL
  • A

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Şahin Babayev saxlanılıb.

Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı 300 qrama yaxın marixuana, 40 qramdan artıq heroin, metamfetamin və bir ədəd elektron tərəzi, eləcə də atəşə yararlı bir ədəd "TOZ-8" markalı yivli silah və 37 ədəd patron aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi
Qusarda 83 yaşlı ata oğlunu güllələdi
Müdafiə Nazirliyinin bölmə müdiri HƏBS OLUNDU

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi