Ermənistanda fəaliyyət göstərən radikal qüvvələrin alyansı, “Sasna Tsrer” millətçi hərəkatı əsasında yaradılan “Milli Demokratik Qütb” (Bever) partiyası Rusiya Silahlı Qüvvələrinin Gümrüdəki 102-ci bazasını blokadaya almağa hazırlaşır.
Oxu24.com Ermənistan mediasına istinadən xəbər verir ki,onlar rus hərbçilərii təhdid ediblər.
“Yaxın günlərdə Laçın dəhlizi açılmasa, biz xalqımızı Gümrüdəki Rusiya hərbi bazasının qarşısını almağa çağıracağıq”, - deyə Milli Demokratik Qütbün üzvlərindən biri Vahe Qasparyan partiya rəhbərliyi adından bildirib.
Qasparyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib: “Biz Ermənistanda Rusiyanın Qarabağı blokadaya alması ilə bağlı qiymətləndirmələri bizimlə üst-üstə düşən siyasi dairələrlə də danışıqlar aparmağı planlaşdırırıq. Rusiya hərbi bazası Qarabağı necə mühasirəyə alıbsa, o cür də özləri mühasirəyə alınacaq”.
Jurnalistlərin hansı siyasi partiyaların nümayəndələri ilə danışıqlar aparacağı sualını cavablandıran AXCP Şurasının üzvü Qaregin Çuqasyan qeyd edib ki, müxtəlif erməni siyasətçiləri, o cümlədən Nazirlər Kabinetinin nümayəndələri Qarabağdakı vəziyyətə oxşar qiymət verirlər.
Eyni zamanda, Çuqasyan qeyd edib ki, “müzakirələrdən dərhal sonra MDP aktiv fəaliyyətə keçəcək”.
Qeyd edək ki, məhz Ermənistan hakimiyyətinin müttəfiqi adlandırılan Milli Demokratik Qütb partiyası müxtəlif anti-Rusiya aksiyaları təşkil edir . Xüsusilə, noyabrın sonunda İrəvanda keçirilən KTMT sammiti zamanı tərəfdarları “Putin qatildir!”, “Çıx get, Rusiya!” şüarları səsləndiriblər.
Yeri gəlmişkən, 2016-cı ilin yayında İrəvanda polis alayına silahlı basqın edən “Sasna Tsrer” silahlıları 2018-ci ildə Ermənistanda “məxməri inqilab”dan sonra həbsdən azad edilib və sonradan “mülki siyasi mübarizə”yə qayıdıblar.
Qarabağda erməni radikalları da fəallaşıb. Xəbər verdiyimiz kimi, bir gün əvvəl Xankəndindən bir qrup erməni general-mayor Volkovla görüşmək və ondan “Laçın dəhlizinin açılmasını” tələb etmək üçün Rusiyanın sülhməramlı qüvvələrinin Xocalı hava limanındakı bazasına gedib.
Qrup rəhbərləri Rusiya sülhməramlılarının bazası qarşısında aksiyanın davam edəcəyini, insanların dağılışmayacağını bildiriblər.
Tərcümə:Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR