Oxu24.com oxuuclara hüquqi yardımını davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu müəssisədə iş vaxtının cəmlənmiş uçotu qaydası ilə bağlıdır.
Müəssisədə iş vaxtının cəmlənmiş uçotu hansı qaydada aparılır?
Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər.
Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.
İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir.
Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR