Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79619
az

Şəhidimiz mayor Sübhi Mürsəliyevin doğum günüdür

10:3228 Dekabr, 2022
181
CƏMİYYƏT
  • A

 Bu gün qəhrəman şəhidimiz mayor Sübhi Mürsəliyevin doğum günüdür.


Oxu24.com xatırladır ki,Mürsəliyev Sübhi Balamirzə oğlu 1979-cu il dekabrın 28-də İsmayıllı rayonunun Qurbanəfəndi kəndində müəllim ailəsində anadan olub.

Hərbi xidməti dövründə cəbhənin Tərtər, Ağdam, Tovuz bölgələrində olub. 2016-cı il Aprel döyüşlərində Talış kəndi uğrunda gedən döyüşlərdə fəallıq göstərib. Müxtəlif medallar və fəxri fərmanla təltif edilib.
Sentyabrın 27-də başlanan Vətən müharibəsində tabeliyində olan hərbi bölmələrlə düşmənin qorxulu röyasına çevrilib. Sentyabrın 30-da gedən gərgin döyüşlərin birində 28 əsgərini ölümdən xilas edərkən qəhrəmancasına şəhid olub. 
Ailəli idi, 2 oğlu, bir qızı Vətənə əmanət qalıb.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
CƏNNƏTDƏKİ YAŞIN MÜBARƏK,
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Silahlı münaqişə kontekstində saxlanılan şəxslərin statusu” mövzusunda seminar keçirilib
Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib
Ukraynada poçt vasitəsilə silah satışı ilə məşğul olan dəstə saxlanılıb