Oxu24.com oxuculara hüquqi yardımını davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu çoxuşaqlı qadınların pensiya hüququ ilə bağlıdır.
Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sənədlər və onların təqdimat forması hansı qaydada həyata keçirilir?
Xidmət üzrə tələb olunan sənədlər:
1. Şəxsiyyət vəsiqəsi (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi);
2. Ümumi iş (sığorta) stajını təsdiq edən sənədlər (əmək kitabçası, hərbi bilet və ya SHXÇDX-dən arayış, əyani təhsil dövrünü təsdiq edən müvafiq sənəd və s.);
3. Uşaqların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələri;
4. Ananın beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etməsi və böyütməsi barədə yerli icra hakimiyyəti başçısının müvafiq inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışı.
Xidmət üzrə sənədlərin təqdimetmə forması:
-əsli, -surəti,-notarial təsdiq edilmiş surəti, -elektron surəti
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR