Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79457
az

Xankəndidə keçirilən aksiyada əslində neçə nəfər iştirak edib? Erməni mənbələr 70 min deyir

10:5326 Dekabr, 2022
956
QARABAĞ
  • A

Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər Xankəndi şəhərində mitinq keçiriblər. Erməni mənbələri "izdihamlı mitinq" adı verdikləri aksiyaya 70 min insanın gəldiyi məlumatını yayıblar.

OXU24.COM bildirir ki, Faktyoxla Lab. bu məlumatın səhihliyini yoxlayıb.

Açıq meydanda toplaşan insan kütləsinin sayını hesablamaq üçün "Mapcheking" əlavəsinə Xankəndidəki "Dirçəliş" meydanında keçirilən aksiyanın konturlarını əlavə edirik. Əldə edilən foto və videolar əsasında meydanın sağ və sol kənarlarında əhali sığlığının çox aşağı olduğunu (hər kv. metrə 0,7 nəfər), 220 metr uzunluğu, 7 metr eni olan parçanı və tirbunanın qarşısındakı boşluğu nəzərə alıb, hər kv.metrə orta hesabla 2 nəfərin düşdüyünü əsas götürərək məlumatları "mapcheking" əlavəsinə daxil edirik. Nəticə 17581 nəfər göstərir.
Ətraflı

Yeri gəlmişkən, bu faktların hamısı erməni mənbələrindən götürdüyünü bir daha qeyd edirik.

Beləliklə, 25 dekabr 2022-ci ildə Azərbaycanın Qarabağ iqtisadi rayonunun Xankəndi şəhərində ermənilərin keçirdikləri mitinqdə 70 min deyil,17 min 581 nəfər toplaşıb. Erməni mənbələrinin məlumatında rəqəmlər dəfələrlə şişirdilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kəlbəcər yenə atəşə tutuldu
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
Latviya Parlamentinin sədri Şuşaya getdi

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər öldü, yaralılar var -FOTO