Böyrəklərimizin imkanlarından sadəcə 20%-ni istifadə edərək normal həyat keçirmək olar. Buna görə də böyrək xəstəliklərinin əksəriyyəti gec üzə çıxır. Xroniki şəkildə irəliləyən xəstəliklər sonradan fəsad yaradır.
Bəzən kiçik vərdişlərimiz də böyrək xəstəliyi yarada bilir. Və böyrək problemlərimiz aşkarlananda gec olur...
Böyrəklər möcüzəvi xüsusiyyətlə malik orqanlardır: Hormon yaradır, qanı süzür, mineralları bədənə sorur, sidik yaradır, bədəndəki turşuluğu və qələviliyi nizamlayır. Böyrəklər olmasa həyat olmaz. Çinlilər böyrəkləri ilkin yaşam enerjisinin mərkəzi hesab edir. Böyrəklərin sağlamlığının qeydinə qalmaq bütün bədənin sağlığını qorumaqdır. Böyrəklərinizin uzun illər boyunca sağlam qalmasını istəsəniz, bəzi vərdişlərdən əl çəkməlisiniz.
1. Qazlı içkilər. Yaponiyada Osaka universitetində aparılan bir araşdırmada məlum olub ki, gündə iki dəfədən artıq qazlı içki içənlər içməyənlərə nisbətən daha çox böyrək problemi yaşayır. Qazlı içkiləri çox içənlərin sidiyində protein olur. Bu da böyrək xəstəliyinin ilkin əlamətidir. Bu hal tez aşkarlansa müalicə olunar.
2. Siqaret çəkmək. Siqaret qan damarlarını daraldır və sərtləşdirir. Bu zaman böyrəklərdə də qan dövranı çətinləşir. Klinik Farmakoloji və müalicə jurnalında dərc olunan bir məqalədə yazılır ki, gündə iki dəfə siqaret çəkəndə damarlarda bu problemlər nəzərə çarpır. 2003-cü ildən bəri siqaret çəkməyin böyrək üçün ziyanlı vərdiş olması ilə bağlı bir çox elmi araşdırmalar aparılıb.
3. B6 vitamini çatışmazlığı. Sağlam böyrəklər üçün normal qidalanmaq lazımdı. Maryland universitetinin tibb fakültəsində aparılan araşdırmalar göstərir ki, B6 vitamini əskik olanda böyrəkdə daş əmələgəlmə prosesi sürətlənir. Böyrəyin iş prosesini normal şəkildə nizamlamaq üçün gündə 1,3 mq B6 vitamini qəbul etmək lazımdır. B6 vitamini balıq və ət məhsullarında, noxud, kartof, ispanaq və fındıqda var.
4. Maqnezium əskikliyi. Maqnezium bədəndə olan 300-dən artıq kimyəvi reaksiyanın baş verməsinə kömək edir. Maqnezium azaldıqca bədəndə kalsiumun udulması prosesi ləngiyir. Kalsium da yığılıb böyrək daşını yaradır. Odur ki, maqnezium tərkibli qidalar: yaşıl tərəvəzlər, balıq, lobya, mərcimək, banan, balqabaq tumu, əncir qurusu və şokolad yemək lazımdı.
5. Yuxu nizamı. Mütəxəssislər deyir ki, gecə yuxusunu normal yatmayanda böyrəkdə problem yaranır. Gecə boyunca böyrək toxumaları regenerasiya olur, yəni öz-özünü yeniləyir. Rahat yatmamaq böyrəklərə ziyan vurur.
6. Lazımi qədər su içməmək. Böyrəklərin işləməsi birbaşa sudan asılıdır. Su az içildikdə sidik yaranmır və qandakı toksinlər ixrac olmur. Buna görə də gün ərzində ən az 8 stəkan su içmək lazımdır.
7. Sidiyə getməyi ləngitmək. Əgər sidik gəlirsə, ləngimək olmaz. Yoxsa böyrəklərdə təzyiq yaranar. Bu da sonralar böyrək xəstəliyi yaradır. Üstəlik, bilmədən sidik qaçırma kimi hallar da meydana çıxır.
Oxu24.com
ŞƏRHLƏR