Oxu24.com oxuculara hüquqi yardımını davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu həbsdən çıxan şəxsin sosial yardım alması ilə bağlı tələb olunan sənədlərlə bağlıdır.
Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik sosial müavinətin təyin edilməsi üçün tələb olunan sənədlər hansılardır və onların təqdimat forması hansı qaydada həyata keçirilir?
Xidmət üzrə tələb olunan sənədlər:
● Şəxsiyyət vəsiqəsi
● Cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı
● Məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərar Xidmət üzrə sənədlərin təqdimetmə forması:
● Əsli
● Surəti
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR