Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79393
az

Şəhid Qərib Balacayevin doğum günüdür

10:2525 Dekabr, 2022
102
  • A

Bu gün Şəhidimizin doğum günüdür.

Oxu24.com xatırladır ki,Qərib Nəsib oğlu Balacayev 1997-ci ilin dekabr ayının 25-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub. Ağdam rayonun Mərzili kəndindən məcburi köçkün olaraq, Beyləqan rayonunun Təzəkənd kəndində məskunlaşıb.

2005-ci ildə həmin kənddə Milli Qəhrəman Əliheydər Məmmədov adına tam orta məktəbin 1-ci sinifinə qəbul olunub.2016-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2016-ci ilin iyul ayının 8-də hərbi xidmətə çağırılıb. Rabitə kəşfiyyatçısı olaraq xidmət edib. Hərbi xidməti 2018-ci ilin 8 yanvarında başa vurduqdan sonra özəl şirkətlərin birində çalışıb. Daha sonra işdən çıxaraq, 2019-cu il aprelin 9-da hərbiyə qayıdıb və baş sürücü-mexanik kimi BMP idarə edib. 2020-ci il sentyabrın 27-də Vətən Müharibəmiz başlayanda Azərbaycan Ordusunun əsgəri Qərib Balacayev Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. Beyləqan rayonunun Təzəkənd kəndində torpağa tapşırılıb. İki bacının tək qardaşı idi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qərib Balacayev ölümündən sonra “Vətən uğrunda”, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalları ilə təltif edilib.

Hazırladı:Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DYP-dən əlverişsiz hava şəraiti ilə bağlı MÜRACİƏT
Quş qripinə qarşı monitorinqlər keçiriləcək
Şahin Bağırov onu özünə müşavir təyin etdi

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
6.5 milyon manatlıq 150 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO