Oxu24.com oxuuclara hüquqi yardımını davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu əlilliyi olan şəxslərin hüququ ilə bağlıdır.
Əlilliyi olan şəxslər və ya 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslərin sağlamlıq imkanlarının məhdudluğu halları necə qiymətləndirilir?
Əlilliyi olan şəxslər və ya 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslərin imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır.
Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR