Oxu24.com oxuculara hüquqi yardımını davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu əmək məzuniyyəti ilə bağlıdır.
Bəzən iş yerində bütün işçilər eyni vaxtda əmək məzuniyyətinə çıxmaq arzusunda olur. Belə hallarda müəssisə rəhbərliyi nə etməlidir?
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 133.1 və 133.2-ci maddələrinə əsasən, müəssisə, idarə və təşkilatlarda istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədilə əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər.
Bu iş hər il yanvarın sonunadək yerinə yetirilməlidir.
Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiqlənir.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR