Oxu24.com oxuuclara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu övldlığa götürmə halları ilə bağlıdır.
Övladlığa götürmə hansı hallarda və qaydada ləğv edilə bilər?
Monitorinqlər nəticəsində övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə, alkoqolik və narkoman olduqda və digər bu kimi hallar müəyyən edildikdə məhkəmə qaydasında övladlığa götürmənin ləğvi üçün tələb irəli sürülür.
Məhkəmə tərəfindən övladlığagötürmənin ləğvi barədə qərar qəbul edildikdən sonra uşaq DOST Agentliyi tərəfindən dərhal müəssisəyə yerləşdirilir və bu Qaydaların 11-ci hissəsinə uyğun olaraq uşaqla bağlı reabilitasiya tədbirləri görülür.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR