Ukrayna ilə müharibəyə buraxılan Vaqner PMC-nin 80%-i Rusiya koloniyalarında işə götürülən məhbuslardan ibarətdir.Onların saxlanması Rusiyanın böyük bir regionunun büdcəsinə bərabər məbləğə başa gəlir.
Oxu24.com xəbər verir ki,bu barədə Reuters ABŞ-ın aldığı kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb,
Daha sonra məlumatı Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi brifinqdə təsdiqləyib.
ABŞ-ın hesablamalarına görə, PMC-nin rəhbəri Yevgeni Priqojin “özəl ordusunu” saxlamaq üçün ayda 100 milyon dollar xərcləyir.
Kirbi bildirib ki, xeyli pul xərclənməsinə baxmayaraq, Priqojin Rusiyada yeni döyüşçülər cəlb etməkdə çətinlik çəkir.
Bu səbəbdən də Suriya, Liviya, Mərkəzi Afrika Respublikası və Malidən olan döyüşçüləri Vaqnerin sıralarına əlavə edir.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR