Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79229
az

Rusiya bu ölkənin vətəndaşlarını Ukraynada işləməyə aparır

21:0521 Dekabr, 2022
132
DÜNYA
  • A

Rusiya ordusu tərəfindən dağıdılan və işğal olunmuş Mariupolun bərpasında Qırğızıstan vətəndaşları iştirak edir.

Oxu24.com Radio Azattyk-a istinadən  xəbər verir ki, onlara ayda 80 min rubldan 100 min rubla qədər  pul  təklif olunur.


Mariupolda tikinti obyektlərində iş elanları MDB ölkələrindən olan miqrantların çoxluq təşkil etdiyi  Telegram kanallarında dərc olunur. Azattyk onlardan bir neçəsini təhlil edib: iş axtaranlara mənzil, yemək və kombinezon vəd olunur. Həmçinin elanlarda “şəhərdə hərbi əməliyyat olmadığı” göstərilir, səngərlər xüsusi işarələrlə işarələnir.

Jurnalistlər elanlardan birində göstərilən nömrəyə zəng vurub və məlum olub ki, işçilər Bişkekdə  işə götürülür. Onlara məlumat verilir ki, döyüşlərin getdiyi yerlərdə artıq yeni evlər tikilir. 

Azattyk mənbələri Mariupolda onlarla Qırğızıstan vətəndaşının işlədiyini təsdiqləyib. Onlardan biri deyib ki, onlara gündə 5 min rubl, ayda isə 100 min maaş verilir: “Rusiyanın işğal etdiyi şəhərləri təmizləyirlər, tikintilərdə işləyirlər”.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə XİN Fransanın qərarını pislədi
Depardye sərbəst buraxıldı - YENİLƏNDİ
Kömür mədənində partlayış oldu