Oxu24.com oxuculara hüquqi yardımını davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu dövlətdən pulsuz avtomobil almaq hüquqi olan şəxslərlə bağlıdır.
Hansı imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pulsuz avtomobillə təmin oluna bilər?
Suala cavab olaraq qeyd edirik ki, II Dünya müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslə və onlara bərabər tutulanlar, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlilliyi müəyyən edilmiş şəxslər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində, 1990-cı ildə Bakı şəhərində və respublikanın digər yaşayış məntəqələrində baş vermiş faciəli yanvar hadisələrində, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib əlilliyi müəyyən edilmiş şəxslərin pulsuz avyomobil almaq hüququ var.
Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib və növbəyə yazılmaq lazımdır.
DİQQƏT! - Bunu edin kombi qazı az işlədəcək?
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR