Oxu24.com oxuculara hüquqi yardımı davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu yaşayış yeri olmayan məzunlar üçün tələb olunan sənədlərlə bağlıdır.
Yaşayış yeri olmayan məzunların qəbulu ilə bağlı təqdim edilən siyahıda hansı sənədlər öz əksini tapmalıdır?
Cavab üçün qeyd edək ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan siyahıdakı məzunlardan Müəssisəyə qəbul üçün aşağıdakı sənədlər tələb olunur:
-şəxsiyyəti təsdiq edən sənədin surəti;
-dövlət uşaq müəssisəsi tərəfindən verilmiş arayış (dövlət uşaq müəssisəsini tərk etməsi və valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olması, yaşayış sahəsinin olmaması barədə məlumat);
-sağlamlıq haqqında tibbi arayış (yoluxucu xəstəliklərin daşıyıcısı olub-olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə).
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR