Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79190
az

DSX və DGK-dan birgə əməliyyat: Saxlanılanlar var - FOTO

11:1921 Dekabr, 2022
122
REDAKTORUN SEÇİMİ
  • A

Dekabr ayının 17-də saat 02:06-da Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birlikdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Dələli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş 3 nəfər Əfqanıstan İslam Respublikası vətəndaşları saxlanılıb.

Bu barədə  Oxu24.com-a DSX-nin Mətbaut Mərkəzindən məlumat verilib.

Araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini pozaraq Azərbaycana gəlməkdə məqsədlərinin ölkə ərazisindən tranzit yolla istifadə edərək daha sonra Avropa ölkələrindən birinə qanunsuz miqrasiya etmək olduğu müəyyən edilib.

Bundan başqa, dekabr ayının 20-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Şahtaxtı” dövlət sərhədindən buraxılış məntəqəsində, İran İslam Respublikasın­dan Azərbaycan Respub­lika­sı istiqamətində rəsmi qaydada keçən İran İslam Respublikası vətəndaşı 1966-cı il təvəllüdlü Azizmohammad Mahmoud Najiollah oğlunun idarə etdiyi “DAF” markalı XB389BX dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük əməkdaşları ilə birlikdə keçirilmiş baxış zamanı avtomobilin qoşqusunun arxa qapısının arakəsmə hissəsində gizlədilmiş halda 37,4 kiloqram marixuanaya bənzər narkotik vasitə aşkar edilib.

Fakt üzrə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! FHN Xəzər dənizinə helikopter göndərdi
Mərkəzi Bank təcili açıqlama yaydı
Xərçəngdən vəfat edən jurnalist Natəvan Babayevanın yarımçıq qalan həyat yolu - VİDEO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib