Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79172
az

Ukrayna Saakaşvilini qəbul etməyə hazırdır

17:5920 Dekabr, 2022
79
DÜNYA
  • A

Ukrayna Prezidenti Aparatının rəhbəri Mixail Podolyak öz Tvitter hesabında bildirib ki, Ukrayna tərəfi həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini qəbul etməyə hazırdır.

"Ukrayna Saakaşvilini qəbul etməyə, onun təhlükəsizliyini və düzgün rəftarını təmin etməyə hazırdır", - Podolyak Twitter-də yazıb.

Bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Mixail Saakaşvilini azad edib müalicə üçün Ukraynaya köçürməyə çağırıb.

Gürcüstanda Mixail Saakaşvili vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Mixail Saakaşvili xəstəxanadadır və Tbilisi Şəhər Məhkəməsi ona növbəti görüşə qoşulmaq üçün video bağlantı təqdim etməyib. Dekabrın 14-də o, məhkəmə ilə video əlaqənin olmamasına etiraz olaraq aclıq aksiyasına başlayıb, lakin bu, cəmi bir neçə saat çəkib.

May ayından Mixail Saakaşvili Vivamedi klinikasında müalicə alır. Saakaşvilinin vəkilinin sözlərinə görə, onun 36 xəstəliyi, o cümlədən vərəm və demans var. Onun qanında civə və ağır metalların olduğu da müəyyən edilib.

 

Tərcümə: Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Finlandiya rusların ikinci vətəndaşlıqdan məhrum edilməsini dəstəkləyir
Moskvada isti hava olacaq
Haniyənin ölümünə görə İran kimləri tutdu?

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı