Oxu24.com oxuculara hüquqi yardım layihəsini təqdim edir.
Bu dəfə təqdim etdiyimiz mövzu avtomobillərin sığortası ilə bağlıdır.
Sığorta müqaviləsi hansı qaydada bağlanır?
Sığorta müqaviləsi mülkiyyətində nəqliyyat vasitəsi olan və ya onu icarəyə götürən fiziki və hüquqi şəxslərlə onların şifahi yaxud yazılı ərizələri əsasında bağlanılır.
Bu məqsədlə ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
a) Nəqliyyat vasitəsinin texniki pasportu;
b) Nəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən sənəd.
Sığorta müqaviləsi hansı müddətə bağlanır?
İcbari sığorta müqaviləsi 12 ay müddətinə bağlanılır.
Azərbaycan Respublikasının ərazisinə müvəqqəti daxil olan xarici ölkələrin nəqliyyat vasitəsi sahibləri ilə sərhəd sığorta müqaviləsi bir, üç, altı və ya on iki ay müddətədək bağlanıla bilər.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR