Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79054
az

Prokurorluq açıqlama yaydı: Həmin şəxs həbs edilib

09:5719 Dekabr, 2022
91
REDAKTORUN SEÇİMİ
  • A

Bakının Xətai rayonunda bir nəfəri öldürməkdə, iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Oxu24.com-a rayon prokurorluğundan məlumat verilib.

Belə ki, dekabrın 18-i saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində 2004-cü il təvəllüdlü Nemət Həsənovun öldürülməsi faktı ilə bağlı  Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İlkin istintaqla 2005-ci il təvəllüdlü Fərid Əhmədlinin rayonun NZS qəsəbəsi ərazisində aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həmyaşıdı Orxan Hüseynova bıçaqla xəsarət yetirməsinə, onu dayandırmağa çalışan Xalid Nəbiyev və Nemət Həsənova xəsarətlər yetirməsinə əsaslı şübhəli müəyyən edilib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, Nemət Həsənov yerləşdirildiyi xəstəxanada ölüb.

Fərid Əhmədli şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq davam edir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkdar artist Zemfira Nəcəfova vəfat edib
Sabah 35 dərəcə isti gözlənilir - PROQNOZ
SON DƏQİQƏ! FHN açıqlama yaydı: Xəzərdə gəmi yanır

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı