Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79017
az

Elektron qaiməni gecə göndərsək nə olar? - YARDIM

19:4417 Dekabr, 2022
185
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu elektron qaimə ilə bağlıdır.

Elektron qaimə-fakturanın gec göndərilməsi hansı problemlərə səbəb ola bilər?

Misal 1; Vergi ödəyicisi 12 may 2020-ci ildə 5000 manatlıq malları ekspeditor vasitəsilə qarşı tərəfə - pərakəndə ticarət fəaliyyəti ilə məşğil olan sahibkara təqdim edib. Mallar əvvəlcədən sifariş edilməyənlərə aid edildiyindən vergi ödəyicisi elektron qaimə-fakturanı 5 gün ərzində təqdim etməlidir.

Maliyyə sanksiyası hansı hallarda tətbiq edilir?

1-ci hal: 13 may 2020-ci il tarixdə vergi orqanının əməkdaşları sahibkarın obyektində operativ vergi nəzarəti həyata keçirir. Nəzarət tədbirləri zamanı məlum olur ki, əvvəlcədən sifariş edilmədən təqdim edilən malların alışını təsdiq edən “Malların təhvil-qəbul aktı” yoxdur.

Bu halda Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə uyğun olaraq  malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda  alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 %-i, ikinci dəfə yol verdikdə 20 %-i, üç və daha çox dəfə yol verdikdə 40 %-i miqdarında maliyyə sanksiyası tətbiq edilir.

2-ci hal: 14 may 2020-ci il tarixdə vergi orqanının əməkdaşları sahibkarın obyektində operativ vergi nəzarəti tədbirləri həyata keçirir. Sahibkar 12 may 2020-ci il tarixdə əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə “Malların təhvil-qəbul aktı”nı vergi orqanın əməkdaşına təqdim edir.

Bu halda vergi orqanı tərəfindən maliyyə sanksiyası tətbiq edilmir.

3-cü hal: vergi orqanının nümayəndələri 20 may 2020-ci il tarixdə sahibkarın obyektində operativ vergi nəzarəti tədbirləri həyata keçirir. Yoxlama zamanı məlum olur ki, 12 may 2020-ci il tarixdə malların alışını təsdiq edən “Malların təhvil-qəbul aktı” olsa da, elektron qaimə-faktura təqdim edilməyib.

Vergi Məcəlləsinin tələblərinə əsasən, mallar əvvəlcədən sifariş edilmədikdə, malları təqdim edən vergi ödəyici 5 gün müddətində elektron qaimə-faktura göndərməlidir.

Bu zaman Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, Məcəllənin tələblərinə uyğun olaraq elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 %-i, ikinci dəfə yol verdikdə 20 %-i, üç və daha çox dəfə yol verdikdə 40 %-i miqdarında maliyyə sanksiyası tətbiq edilir.

4-cü hal: vergi ödəyicisi 21 may 2020-ci il tarixdə mallar göndərilən (verilən) vaxt elektron qaimə-faktura təqdim etməyib. Operativ vergi nəzarəti zamanı məlum olur ki, vergi ödəyicisinin sahibliyində olan eyni şirkətin 5000 manatlıq məhsulunun elektron qaimə-fakturası yoxdur.

Bu zaman malların satışını həyata keçirən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələblərinə uyğun olaraq, malların alışını və ya mədaxilini təsdiq edən sənəd kimi vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura olmadığına görə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 %-i, ikinci dəfə yol verdikdə 20 %-i, üç və daha çox dəfə yol verdikdə 40 %-i miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Həmçinin, malları təqdim edən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, Məcəllənin tələblərinə uyğun olaraq elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 %-i, ikinci dəfə yol verdikdə 20 %-i, üç və daha çox dəfə yol verdikdə 40 %-i miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?
Vəkillər Kollegiyasında “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilib

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu