Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79011
az

Rusiya üçün təhlükə: Daha bir rəqib ölkə  silaha milyardlar ayırdı

18:2417 Dekabr, 2022
331
DÜNYA
  • A

Daha bir ölkə hərbi büdcəsini rekord səviyyədə artırırb.

ABŞ-ın ardınca Rusiyanın daha bir rəqibi silaha milyardlar xərcləyir.

Oxu24.com xəbər  verir  ki,“Amerikanın Səsi” yazır ki, Yaponiya İkinci Dünya Müharibəsindən bəri ən böyük 320 milyard dollarlıq hərbi quruculuq planını açıqlayıb. 

Bu plana Çini vura bilən raketlərin alınması və ölkəni uzun sürən hərbi münaqişəyə hazırlamaq daxildir.

Beşillik planın həyata keçirilməsi hesablamalara görə, Yaponiyanı hərbi xərclərə görə ABŞ və Çindən sonra üçüncü yerə çıxaracaq.


Baş nazir Fumio Kişida deyib ki, Yaponiya  xalqı "tarixdə dönüş nöqtəsindədir" və hərbi güclənmə onun "qarşılaşdığımız müxtəlif təhlükəsizlik çağırışlarına" cavabıdır.

Kişida hökuməti ehtiyat edir ki, Rusiya Çini Tayvana hücuma sövq edəcək və bu yaxınlıqdakı Yapon adalarını təhdid edə, yarımkeçirici təchizatını poza və Yaxın Şərqdən neft gətirən gəmiçilik marşrutlarında ciddi problemlər yarada bilər.

Yaponiya səlahiyyətliləri həmçinin avadanlıq və sursat ehtiyatı yığacaqlarını, nəqliyyat imkanlarını genişləndirəcəklərini və kiberməkanda müharibə potensialını inkişaf etdirəcəklərini bildiriblər.

Strategiya sənədində deyilir: “Rusiyanın Ukraynaya müdaxiləsi güc tətbiqini qadağan edən qanunların ciddi şəkildə pozulmasıdır və beynəlxalq nizamın əsaslarını sarsıdıb”.

Yaponiyanın baş naziri Kişidanın planı beş il ərzində müdafiə xərclərinin ÜDM-in 2%-nə qədər artırılmasını nəzərdə tutur ki, bu da 1976-cı ildən bəri mövcud olan 1%-lik özünüməhdudiyyətin ləğvi deməkdir.

Tərcümə: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanda bir neçə partiya parlamentin işini boykot edib
Rusiya XİN KTMT-nin 32 illiyi ilə bağlı məlumat yaydı
Tatarıstanda Ukrayna PUA-sı vurulub

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu