Oxu24.com oxuculara hüquqi yardımını davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu fermer kartları ilə bağlıdır.
Sual: Fermer hər iki sahədə subsidiyadan (heyvandarlıq ve bitkiçilik) yararlanırsa bu zaman fərqli kartlar verilirmi? Əgər fermer subsidiyanın birindən cərimələnərsə bu zaman kart bloklanacaqmı?
Cavab:Bir kart olacaq. Bir kartda iki hesab olacaq. Biri nağdsız üçün, digəri nağdlaşdırıla bilən. Fermerin kabineti bloklanmayacaq.
Məbləğ cəriməsi tətbiq olunacaqsa, hesaba daha az pul keçiriləcək və ya ödənmiş subsidiyalardan tutulacaq.
Yəni yaranmış cərimə sonradan kəsilirsə digər subsidiyalardan da tutula bilər. Fermerə hansı növ üzrə subsidiya verilməmə cəriməsi müəyyən edilərsə (hansı növ üzrə qara siyahıya düşübsə), hesabına o növ subsidiyanın pulu heç keçməyəcək.
Bu da əkin və arı subsidiyası ilə bağlıdır.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR