Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78970
az

Pensiyalar belə artırılacaq - AÇIQLAMA - VİDEO

23:3516 Dekabr, 2022
419
İQTİSADİYYAT
  • A

Gələn ilin əvvəlindən ölkədə bütün növ pensiyalar artırılacaq. Bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik təsdiq edilib.

OXU24.COM-un məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov deyib ki, yeni qanun pensiyaların indeksləşdirilərək artırılmasında gələn ilin əvvəlindən bütün növ pensiyalara münasibətdə vahid, bərabər yanaşmaya keçidi təmin edir.

Elnur Abbasov bildirib ki, indeksasiya faizinin nə qədər olacağı növbəti ilin yanvar-fevral ayında Dövlət Statistika Komitəsi açıqladıqdan sonra məlum olacaq.

Onun sözlərinə görə, xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiyalarına bu il üzrə hər ay ödənilən 10%, həmçinin ümumi əsaslarla pensiya alan şəxslərin pensiyalarına isə il ərzində ödənilən 200 manat maddi yardımın bir aya düşən məbləği, 16,67 manat, 2023-cü il yanvarın 1-dən onların pensiyalarının tərkibinə daxil ediləcək.

Şöbə müdiri əlavə edib ki, qulluq stajına görə əlavə alan dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər və digərlərinin pensiyaları əgər bu vaxta qədər onların işləmiş olduqları sahələrdə əməkhaqqı artımı olduqda artırdısa, bundan sonra həmin pensiyalar da digər pensiyalar kimi hər ilin əvvəlində indeksləşdirilərək artırılacaq. Nəticədə həmin şəxslərin pensiyalarında da hər il artım baş verəcək.

Qeyd edək ki, hər il pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir və xüsusi şərtlərlə təyin olunmuş pensiyaların da növbəti ildən e-sistem üzərindən artırılması təmin olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda dollara tələbat KƏSKİN ARTDI
"Aİ-95" sabahdan ucuzlaşır
Azərbaycanda qızıl kəskin ucuzlaşdı: bazarda nə baş verir? -VİDEO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı