Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78941
az

Şəhid Məhəmməd Kərimlinin doğum günüdür

15:0816 Dekabr, 2022
114
CƏMİYYƏT
  • A

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər.

Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Kərimli Məhəmməd Məzahim oğludur. Məhəmməd Kərimli 16 dekabr 2000-ci ildə Neftçala rayonunda anadan olub. 2007-ci ildə Neftçala rayonu şəhid Elton Həbibov adına tam orta məktəbin 1-ci sinfinə daxil olub. Məhəmməd uşaq yaşlarında şahmat, güləş, boks və basketbolla məşğul olub və hər birindən müxtəlif nailiyyətlər əldə edib. 2016-cı ildə Bakı şəhəri Bakı Qida Sənaye Kollecinin ət və süd məhsullarının texnologiyası fakültəsinin əyani şöbəsinə daxil olub. 2020-ci ildə təhsilini bitirərək 23 iyul 2020-ci il tarixində hərbi xidmətə yollanıb. Orada XTQ-ya (052) seçilib, kəşfiyyat qrupunda xidmətini davam etdirib. 2 ayın əsgəri olmağına baxmayaraq, könüllü olaraq 27 sentyabr 2020-ci il səhər saatlarında başlayan 2-ci Qarabağ müharibəsində döyüşlərə gənc kəşfiyyatçı əsgər kimi qatılıb. Murovdağda gedən döyüşlərdə iştirak edib. Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. 30.09.2020-ci ildə Göygöl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəti-cəsində aldığı qəlpə yarasından həlak olmuşdur. Oktyabrın 6-da Neftçala rayonunda böyük izdihamla Şəhidlər Xiyabanında dəfn edilib. Şəhadətindən sonra “Cəsur döyüşçü” , “Kəlbəcərin azad edilməsinə”, “Xocavəndin azad edilməsinə” medalı ilə təltif edilib Yaxınlarının dediyinə görə, Məhəmməd Murovdağda xidmət edəcəyini və şəhid olacağını deyərdi.

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni qiyamət ssenarisi: göbələklər insanlığın sonunu gətirəcək
Xəzərdə suyun səviyyəsi ARTDI

İlk dəfə: 8 lider Şuşada toplanır - Strateji hədəf…

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM