Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78931
az

DYP sürücülərə müraciət etdi

13:4116 Dekabr, 2022
99
REDAKTORUN SEÇİMİ
  • A

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi avtobus dayanacaqlarında qanunsuz park edən sürücülərə müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli "Report"a bildirib ki, qanuna əsasən, avtobus dayanacaqlarında qanunsuz park edən sürücülərə 40 manat məbləğində cərimə nəzərdə tutulur:

"Paytaxt ərazisində ictimai nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini, eləcəcə də ictimayi nəqliyyatdan istifadə edən sərnişinlərin yolun hərəkət hissəsində təhlükə qarşısında qalmamasını təmin etmək məqsədilə sürücülərdən avtobus dayanacaqları və ona yaxın 15 metrlik ərazidə dayanma-durma tələblərinə ciddi şəkildə riayət etməyi xahiş edirik. Əks təqdirdə, hər bir sürücü bilməlidir ki, bu əməl İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə uyğun olaraq, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12 , 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması tələbinin pozulması kimi qiymətləndirilərək 40 manat məbləğində cərimə nəzərdə tutulur. Qayda pozuntularının aşkarlanması paytaxtın küçə və prospektlərində əsasən xüsusi texniki vasitələrlə avtomatik rejimdə tətbiq olunur".


"Bakı şəhəri üzrə avtobus dayanacaqlarında 2022-ci il ərzində 25 000-dən çox qayda pozuntusu aşkar edilib. Hər bir hərəkət iştirakçısından yollarda digər sürücülərə qarşı münasibətdə, həmçinin avtobusdan istifadə edən şəxslərin hüquqlarına hörmətlə yanaşmağı, inzibati məsuliyyət yaradan hallardan çəkinməyi və nəticədə paytaxt yollarında nəqliyyat axınını düzgün formada idarə olunmasına, süni sıxlıqların olmaması üçün anlayışlı münasibət göstərməyi xahiş edirik", - A.Əsgərli vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkdar artist Zemfira Nəcəfova vəfat edib
Sabah 35 dərəcə isti gözlənilir - PROQNOZ
SON DƏQİQƏ! FHN açıqlama yaydı: Xəzərdə gəmi yanır

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı