Oxu24.com oxuculara yardımını davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu kəndlilərə lazım olan icbri torpaq analizi ilə bağlıdır.
İcbari torpaq analizi nədir?
İcbari torpaq analizi torpaq istifadəçilərinin istifadələrində olan 10 ha və daha böyük torpaq sahələrində münbitlik göstəricilərinə nəzarət etmək, torpaqlardan daha səmərəli və dayanıqlı istifadəsini təmin etmək məqsədilə icbari qaydada torpaqda ph, EC, azot, fosfor və kalium göstəricilərinin analiz etdirməsidir.
İcbari torpaq analizlərinin əhəmiyyəti nədir?
Torpaqların icbari analizi məhsuldar torpaqların münbitliyinin qorunub saxlanılmasını, eyni zamanda mineral və üzvi gübrələrdən düzgün və səmərəli istifadəni təmin edəcək.
Bununla belə ətraf mühitin gübrələrlə çirklənməsinin qarşısı alına, əldə olunana laboratoriya məlumatlarından istifadə etməklə torpaqların münbitlik göstəricilərinin monitorinqinin həyata keçirilməsi mümkün olacaq. Bu da ərzaq təhlükəsizliyi üçün əsas məqamlardandır.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR