Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78853
az

Bağırsaqların ÇÜRÜDÜYÜNÜ Göstərən 14 VACİB ƏLAMƏT!

09:5315 Dekabr, 2022
1030
OXU24 TV
  • A

Yoğun bağırsağın xəstə olduğunu göstərən 14 əlamət
Yetkin insanlarda bağırsaq keçirməzliyinin bir səbəbi də bağırsaq xərçəngidir. Bu videoda sizə bağırsaq xərçəngindən, onun  əmələgəlmə səbəblərindən danışacağam.  Əminəm ki, dediklərimizi əməl etsəniz, bu xəstəliyə yaxalanmayacaqsız. Diqqət ekrana.
Dəyərli izləyicilərimiz, sizin dəstəyiniz bizim üçün çox önəmlidir. Aşağıda yerləşən abunə ol və bəyən düyməsinə basın ki, bu video yutubda daha çox insanın qarşısına çıxsın. 
Bağırsaq xəstəliyinə tutulma riski aşağıdakı hallarda artır: 
1.Qocalıq. Xüsusilə, 50 yaşdan sonra bağırsaq xərçənginə tutulma riski artır; 
2.Qida vasitəsilə lazımi qədər lif qəbul edilməməsi.  Araşdırmalar zamanı müəyyən edilib ki,  bağırsaq xərçəngindən əziyyət çəkənələrin orqanizmi uzunmüddətli lif ehtiyacı içərisindədir. 
3.Genetik faktor; 
4.Bağırsaq xorası. Xoralar bağırsaq xərçəngi riskini artırır; 
Yoğun bağırsaq xərçəngi uzun müddət simptomsuz irəliləyə bilir. Başqa sözlə, özünü biruzə vermir. Amma bu, o demək deyil ki,  diqqətli insanlar onun mövcudluğu barədə işarətlər tapa bilməzlər. Bayaq dediyim kimi, simptomlar aylar boyunca özünü gizlədə bilir. Lakin şiş böyüdükcə orqanizmdə narahatlıqlar yaranır. 
-Oturmaq vərdişini dəyişmək. 
Bağırsaqdan keçən kütlə bağırsaqdakı şiş nəticəsində normal şəkildə irəliləyə bilmir. Bu da “çölə çıxan” nəcisin quru və uzunsov olmasına  gətirib çıxarır. Başqa sözlə, “karandaşvari nəcis” daha sıx müşahidə edilir. Bağırsaqda şiş böyüdükcə “karandaşvari nəcis” nazilir. Bu, bağırsaqda xərçəng olduğundan xəbər verən ilk əlamətdir. 
 -Qarında ağrılar. 
Yoğun bağırsaq xərçənginin varlığı haqqında car çəkən digər əlamət qarındakı kəskin ağrılardır.  Kütlə bağırsaqda şişlə qarşılaşır. Arxadan edilən təzyiqlə kütlə irəli itələnir, amma şiş ona keçməyə icazə vermir. Bu zaman sıxılan, bərkiyən kütlə bağırsaq divarlarını itələməyə başlayır. Qarındakı ağrıların ikinci səbəbi isə şişlərin məhz qarın boşluğunda yaranmasıdır. 
-Bağırsağın işindəki dəyişiklik. 
Xərçəng bağırsağın sol tərəfindədirsə, bu nahiyənin işi pozulur, nəticədə, qarın boşluğunda daimi qaz olduğu hissi yaranır. Sağ tərəfdə olduqda isə,  bağırsağın daim dolu olduğu kimi bir hiss baş qaldırır. Əgər həyatınızın müəyyən dövrünədək bağırsaqlarınız normal işləyibsə və indi, qəfildən bu cür simptomlarla rastlaşmısınızsa, narahat olmağa dəyər. Çünki artıq yoğun bağırsağınız sizi narahat etməyə başlayıb. Xüsusilə, simptomları yaşayan  insan 50 yaşını keçibsə, demək, “qırmızı düymə”nin  basılması ehtimalı daha yüksəkdir. 
-Qanaxma. 
Bağırsaq xərçənginin əsas əlamətlərindən biri də qanaxmadır. Bağırsaqlardan, daha çox, açıq-qırmızı rəngli qan gəlir ki, bu, xərçəngin yoğun bağırsağın sol tərəfində olmasını bildirir.  Xərçəng şişləri bağırsağa olduqca  geniş həcmli xəsarətlər yetirir: a) qanaxma ilə nəticələnən yaralanmalar; b) melena, yəni, spesifik qoxuya malik “qətranlı nəcis” meydana çıxır; Qeyd edim ki,  melena yoğun bağırsağın sağ tərəfinin zədələnməsi, qanın uzun müddət bağırsaq bakteriyaları ilə təmasda olması nəticəsində yaranır.  Bu zaman qanaxma “fasiləli qanaxma” adlanır. Bəzən qanxma gizli gedə bilir ki, bu zaman insan nə baş verdiyini anlamır. 
-Çəki itirilməsi. 
Yoğun bağırsaq xərçəngindən əziyyət çəkənlər arasında sürətlə arıqlayanlara da rast gəlinir. Bu da, ilk olaraq, anoreksiyadan, yəni, iştahın itirilməsindən qaynaqlanır. Bundan əlavə, xərçəng şişləri böyümək və inkişaf etmək üçün orqanizmdən  enerji “tələb edir”. Nəticədə,  qəbul edilən qida orqanizmə deyil, şişə fayda verir. 
-Yorğunluq. 
Yoğun bağırsaq xərçənginin ən çox rast gəlinən əlamətlərindən biri keçməyən yorğunluqdur. Düzdür, bu simptom xərçəngin əksər növlərinin müşaiyətçisidir.  Yorğunluq orqanizmdəki proseslərin dəyişikliyə uğramasının, şişin böyüməsi və inkişafı üçün orqanizmi “mənimsəməsi”nin nəticəsidir. 
-Qan azlığı. 
Gizli gedən qanaxma qan azlığı yarada bilir. Bu zaman orqanizmdə dəmir çatışmazlığı da peyda olur. Gizli qanaxma qanda eritrositlərin miqdarını azaldır. Anemiya başqa səbəblərdən də yarana bilər. Amma qəfildən meydana çıxdığını düşünürsünüzsə, kolorektal xərçəngdən şübhələnməyə haqqınız var. 
-Zəiflik. 
Yoğun bağırsağında xərçəng olanlar tez-tez halsızlaşırlar. Çünki artıq onların bədənində dəmir çatmır. 
-Palpasiya zamanı şişin hiss olunması. 
Əvvəlcə, məlumat verim ki, palpasiya xəstəni  əllə yoxlamaq prosesidir. Əgər qarını kvadratlara bölsək, bu zaman sağ-aşağı kvadratda şişi əllə hiss etmək olar. 
-Bağırsağın  ötürücülük qabiliyyətinin zəifləməsi.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Paşinyan saqqalını qırxdı - VİDEO
Kirpi ona hücum edən bəbiri deşik-deşik etdi— VİDEO

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu