Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78808
az

Qətlə yetirilən Mahir Allahverdiyev vəzifəli şəxs imiş

11:4114 Dekabr, 2022
669
REDAKTORUN SEÇİMİ
  • A
Dekabrın 11-də Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində qətlə yetirilən 1975-ci il təvəllüdlü Mahir Allahverdiyev Qubadlı rayonu, Xocamusaqlı Kənd İnzibati Nümayəndəliyinin sədrinin müavini vəzifəsində çalışırmış. Oxu24.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, M.Allahverdiyev daha əvvəl uzun müddət "Azərişıq"da işləyib. Hadisəni törədən 2003-cü il təvəllüdlü Murad Kazımov isə ali məktəblərdən birinin 3-cü kurs tələbəsi olub. Murad dərsdən sonra ailəsinə dəstək məqsədilə həm də işləyirmiş. Bildirilir ki, qətl hadisəsi Mahir Allahverdiyevin yaşadığı binanın qarşısında baş verib. Axşam saat 21 radələrində Murad ona zəng edərək küçəyə çıxmasını istəyib. O, özündən 28 yaş böyük şəxsə 17 bıçaq zərbəsi endirib. M.Allahverdiyev hadisə yerində vəfat edib. Bildirilir ki, mərhum M.Allahverdiyev 3 qız atası olub. O, həm də Birinci Qarabağ Müharibəsi iştirakçısı və qazi imiş. Hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır. Ətraflı Qeyd edək ki, qətlə yetirilən Mahir Allahverdiyev şəhid Vüsal Allahverdiyevin əmisidir. Vüsal cəbhəyə aparılarkən çağırış məntəqəsinin qarşısında avtobusda çəkilmiş görüntüləri ilə tez-tez xatırlanır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Oteldəki ölüm hadisəsində fərqli iz: Dörd dostun yanında başqa kimlər olub?  
SON DƏQİQƏ! Rusiyaya zərbə endirilib: Ölən və xeyli yaralı var

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı