Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78773
az

Məxfi məlumat yayıldı: Dəniz piyadaları Ukraynada imiş

15:4214 Dekabr, 2022
122
DÜNYA
  • A

Britaniya dəniz piyadaları Ukraynada gizli əməliyyatlarda iştirak edib

 

Oxu24.com xəbər  verir  ki,“The Times” yazır  ki, Britaniyanın yüksək rütbəli generalı bildirib ki, Britaniyanın dəniz piyadaları Ukraynada gizli əməliyyatlarda iştirak edib.

 

Əvvəllər dəniz piyadalarına komandanlıq edən general-leytenant Robert Maqoven dəniz piyadalarının “son dərəcə həssas mühitlərdə” əməliyyatları dəstəkləməkdə iştirak etdiyini və missiyaların “yüksək səviyyədə siyasi və hərbi risklə” bağlı olduğunu bildirib.

 

O, ilin əvvəlində 350 piyadanın Britaniya səfirliyinin Kiyevdən Polşaya köçürülməsinə necə kömək etdiyini bildirib. Aprel ayında Britaniya rus qoşunlarının geri çəkilməsindən sonra diplomatik mövcudluğunu bərpa etməyə cəhd edərkən, onlar səfirliyi qorumaq üçün Kiyevə qayıdıblar.

 

Maqoven əməliyyatlarda iştirak etməklə yanaşı, Ukrayna hərbçilərinin təlimində dəniz piyadalarının rolunu yüksək qiymətləndirib. "Biz bu yay yüzlərlə Ukrayna hərbçisinin təlimində fəal iştirak etmişik. Həmçinin Ukrayna dəniz piyadalarına təlim keçməyi planlaşdırırıq", - Maqoven bildirib.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya səfirliyi Estoniya Xarici İşlər Nazirliyinə nota göndərib
Zelenski NATO-nun gələcək baş katibi ilə danışıb
Rusiya "İskəndər-M" raketləri ilə 5 qırıcınıVURDU

İyul ayının ən şanslı bürcləri

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Sumqayıtda yeniyetmələr arasında bıçaqlanma - Video