Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78767
az

İkiqat vergitutmanın qarşısını almaq üçün nələrə diqqət yönəldilməlidir?

15:1014 Dekabr, 2022
150
HÜQUQ
  • A

İkiqat vergitutmanın qarşısını almaq üçün nələrə diqqət yönəldilməlidir?

“İkiqat vergitutmaların aradan qaldırılmasına dair beynəlxalq saziş”lərin üstünlüklərindən rezident və qeyri-rezident vergi ödəyiciləri hansı hallarda istifadə edə bilərlər?

İqtisadiyyat Nazirliyinin Kollegiyasının 27 dekabr 2021-ci il tarixli 21 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nda dəyişikliklər edilmişdir. Bəs ikiqat vergitutma nədir və bununla bağlı hansı problemlər yarana bilər?

Qısa ifadə etsək, ikiqat vergitutma hər hansı bir gəlirə görə eyni ölkələrdə (həm gəliri ödəyən, həm də gəlir alan) vergilərin eyni zamanda tətbiq edilməsidir. Araşdırmalar göstərir ki, qeyri-rezident şəxslərlə əməliyyat aparan rezident vergi ödəyicilərinin böyük əksəriyyəti çox zaman onların ödəməli olmadığı vergiləri də ödəmək məcburiyyətində qalır. Bunun da əsasən iki əsas səbəbi var:

1. Yerli sahibkarların əksəriyyəti qeyri-rezidentlərə ödənişlər apararkən (görülmüş iş və göstərilmiş xidmətlərə görə) onlardan vergi tutulmalı olmasından məlumatsız olduqlarına görə .

2. Qeyri-rezidentlərin tələbinə əsasən. Yəni qeyri-rezidentlər yerli sahibkarlardan ödəniş alarkən invoysda (və ya digər sənəddə) qeyd olunmuş məbləğin tam şəkildə onlara ödənilməsini tələb edir. Belə olan halda da qeyri-rezidentə ödənilən məbləğ üzrə hesablanan vergi məbləğini rezident sahibkarlar ödəməli olur ki, bu da onlar üçün əlavə vergi yükü deməkdir. Bəs belə olduğu təqdirdə hansı addımlar atılmalıdır?

Bunun üçün təbii ki, ən düzgün yol Vergi Məcəlləsinin 127-ci maddəsi və “İkiqat vergitutmaların aradan qaldırılmasına dair beynəlxalq sazişlər”in sahibkarlara verdiyi üstünlüklərdən istifadə etməkdir.

Məlumat üçün qeyd edək ki, Vergi Məcəlləsinin 127-ci maddəsinə əsasən, rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən (gəlir və ya mənfəət vergisinin dərəcəsindən çox olmamaqla) nəzərə alınır.

Bəs ikiqat vergitutmaların aradan qaldırılmasına dair beynəlxalq sazişlərin üstünlüklərindən rezident və qeyr-rezident vergi ödəyiciləri hansı hallarda istifadə edə bilərlər və bu sazişlərin tətbiqi hansı qaydada həyata keçirilir?

Qeyd edək ki, rezident şəxslər yalnız Azərbaycan Respublikası ilə “İkiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq saziş”i imzalamış digər ölkələrin rezident şəxsləri ilə əməliyyatlar apararkən bu sazişlərin üstünlükərindən istifadə edə bilərlər. Bununla yanaşı, qeyd olunan sazişi imzalamış ölkələrin rezidentləri də eyni üstünlüklərdən istifadə edə bilərlər. Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycan Respublikası ilə 55 ölkə arasında belə saziş mövcuddur.

Həm rezident şəxslər, həm də qeyri-rezidentlər bu sazişlərin üstünlüklərindən istifadə etmək üçün müvafiq ərizə formaları (DTA) ilə vergi orqanlarına müraciət etməlidirlər.

Azərbaycan Respublikasında “İkiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq saziş”lərin üstünlüklərindən istifadə etmək üçün 5 ərizə forması təsdiq edilmişdir.

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?
Vəkillər Kollegiyasında “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilib

6,2 milyon dollara satılan bananın sirri nədir? — FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu