Oxu24.com oxuuclara hüquqi yardımını davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu əmək müqaviləsi ilə bağlıdır.
Bəzən əmək müqaviləsi əvəzinə xidmət müqaviləsi bağlanılır. Bu hal qanunauyğundurmu?
Xeyr, bu hal qanunauyğun deyil.
Xidməti müqavilə bağlamaqla vətəndaşlar işəgötürənin vergi və sosial öhdəliklərini öz üzərinə götürmüş olur ki, bu da onların hüquqlarının pozulması deməkdir.
Əmək müqaviləsi olmayan və əməkhaqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin ödənilməməsi ilə rastlaşır və ən əsası, gələcəkdə pensiya təminatından məhrum olurlar.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR