Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78754
az

Rusiyadan həyəsızlıq! Bu xəbərləri saytlardan  sildirmək istəyirlər

19:5713 Dekabr, 2022
188
DÜNYA
  • A

Qazaxıstanın “Vlast” nəşrinin redaktorları Roskomnadzordan (RKN) Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı xəbərlərin saytdan silinməsini tələb edən bir sıra bildirişlər alıb.

 

Xüsusilə, bu, Vinnitsanın Rusiya raketləri tərəfindən atəşə tutulması və Mariupolda həlak olan mülki əhalinin sayı ilə bağlı xəbərlərə aiddir.

Tələblərə əməl etməkdən imtina edildiyi təqdirdə Roskomnadzor  saytın Rusiyadakı yayımını  bloklamaqla hədələyib.

 

Oxu24.com xəbər verir  ki, nəşr həmçinin qeyd edib ki, “onun fəaliyyəti Rusiya qanunları və nəzarət orqanları tərəfindən tənzimlənmir.

Redaktorlar Ukraynadakı müharibə ilə bağlı bu və ya hər hansı digər xəbəri silmək niyyətində deyillər və Rusiya hərbi senzuraya cavabdeh olan departamentin bu məsələyə münasibətindən asılı olmayaraq, onu işıqlandırmaqda davam edəcəklər”.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kömür mədənində partlayış oldu
Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var
Türkiyədə “TikTok” qadağan olunur?