Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78746
az

Bank işçisi manyak çıxdı - 400 qadının..

19:1413 Dekabr, 2022
150
DÜNYA
  • A

Sinqapurda bank işçisi qadınların ətəklərin altını videoya çəkib. O, yalnız kameranı kişinin ətəyinin altına tuşlayarkən yaxalanıb.

OXU24.COM  bildirir ki, bu barədə "Asia One" xəbər verib.

2018-ci ilin əvvəlində 43 yaşlı bank işçisi Leonard Tan Sun Huey ictimai nəqliyyat stansiyalarında, qatarlarda və Sinqapurun "Marina Bay" bölgəsindəki iş yerində qadınların ətəkləri altında gizli videolar çəkməyə başlayıb. Cəmi 18 ay ərzində o, mobil telefondan istifadə edərək 400-dən çox video çəkib. Qurbanların bir çoxunun şəxsiyyəti hələlik müəyyən edilməyib.

5 sentyabr 2019-cu il tarixində Tan eskalatorda gedərkən başqa bir qurbanı - qadın paltarı geyinmiş 33 yaşlı kişini gördü. "Təqsirləndirilən şəxs ona yaxınlaşaraq eskalatorda arxasında dayanıb. O, telefonla iki video çəkib", - prokurorun müavini Coşua Fanq bildirib.

Hadisə şahidi baş verənlərə diqqət çəkərək polisə xəbər verib. Bundan sonra Tan saxlanılıb və ondan iki mobil telefon götürülüb. Məhkəmə prosesində o, qadınların namusunu alçaltmada iki, təqibdə isə bir fakt üzrə təqsirli bilinib və 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DƏHŞƏT! Hamsterin dişlədiyi qadın uşaqlarının gözü önündə öldü
MN-nin nümayəndə heyəti Türkiyəyə səfər etdi
Zelenski bu ölkəni Putinlə HƏDƏLƏDİ

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Polisin tutduğu 35 yaşlı qadının şok əməli üzə çıxdı