Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78715
az

"Kupça" itdikdə yenisini almaq mümkündürmü? - HÜQUQİ YARDIM

12:5013 Dekabr, 2022
114
HÜQUQ
  • A

Oxu24.com hüquqi yardımı davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz mövzu daşınmaz əmlakla bağlıdır.

 

Sual:Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış itirildikdə onu yenisi ilə əvəz etmək mümkündürmü?

 

Cavab:Azərbaycan Respublikası Prezidentinin 17.06.2015-ci il tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”nin 2.5-ci bəndinə uyğun olaraq dövlət reyestrindən çıxarış itirildikdə dublikat verilir. Bu halda dövlət reyestrindən çıxarışın yuxarı sağ tərəfinə iri hərflərlə “DUBLİKAT” ştampı vurulur.

Həmin təsvirin 2.6-cı bəndinə uyğun olaraq dublikatın alınması ilə bağlı ərizəyə çıxarışın itirilməsi ilə əlaqədar onun etibarsız hesab olunması barədə məlumatı əks etdirən qəzet səhifəsi və daxili işlər orqanlarının müvafiq arayışı əlavə edilməlidir.

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda qadını döyüb ona qarşı quldurluq edən şəxs SAXLANILDI