Mütəmadi nanə istifadə etmək qocalıq prosesini ləngidə bilər.
"OXU24.COM"xəbər verir ki, bioloq İrina Malçeva nanənin yemək və içkilərdə istifadəsinin qədim kökləri olduğunu deyib.
"Nanə yağı baş ağrısı, gərginlik, spazm, mədə-bağırsaq problemlərində qədimdən istifadə olunub.
Nanədə çoxlu fitonutrientlər var, onlar orqanizmin qocalma prosesini daha uzaq müddətə geri çəkir.
Ətirli nanə yarpaqları çayında olan limonen orqanizmi xərçəngdən qoruyan maddədir.
Antioksidant təsiri ilə nanə ürək-damar sisteminə də yaxşı təsir edir.
Gənc qalmaq və sağlamlıq üçün süfrənizdə nanə olsun".
Oxu24.com
ŞƏRHLƏR