Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78662
az

Bunu heç kim bilmir! Sarımsağı belə yeyin, dəyişikliyi anında hiss edin

22:1412 Dekabr, 2022
1619
TİBB
  • A

Gündəlik pəhrizinizə sarımsaq əlavə etməyin bütün mövsümi sağlamlıq problemləriniz üçün ən yaxşı vasitə ola biləcəyini bilirdinizmi?

Oxu24.com xarici mediaya istinadən sarımsağın faydaları haqda məlumatı təqdim edir:

Əsrlər boyu müxtəlif xəstəliklərin müalicəsində istifadə edilən sarımsağın faydaları saymaqla bitmir. Bəs əvvəllər bişmiş sarımsaq yedikdən sonra bədəninizdə baş verən dəyişikliklərdən xəbəriniz var idimi?

Sarımsaq yemək sağlamlığınızı gücləndirmək üçün əla bir yoldur. Sarımsağın qidalı olması ilə yanaşı, ürək-damar xəstəlikləri və bəzi xərçəng növləri kimi xroniki vəziyyətlərin riskini azaltdığı sübut edilmişdir. Ən böyük sağlamlıq faydaları təzə, çiy sarımsaqdan gəlir.

Ancaq düzgün hazırlasanız, sarımsağın bir çox faydasını bişmiş formada əldə edə bilərsiniz.

Sarımsaq, bədəndə sərbəst radikalların olması nəticəsində yaranan hüceyrə zədələnməsini bərpa etməyə kömək edən oksidləşdirici stressi azaltmağa kömək edən antioksidantların qarışığı  ilə doludur.

Bundan əlavə, sarımsaq fosfor, kalsium, kalium, dəmir və mis kimi böyük bir mineral mənbəyidir. O, həmçinin C vitamini və B6 vitamininin (piridoksin) yaxşı mənbəyidir.

Sarımsağın tərkibində olan C vitamini və dəmir təbii olaraq immunitet sistemini gücləndirməyə kömək edir və bədənə bol güc verir və mövsümi infeksiyalara qarşı müqavimətin qurulmasına kömək edir.

Buna görə də gündəlik qida rasionunuza sarımsaq əlavə etmək qış aylarında bədəninizi isti saxlamağa kömək edə bilər. Beləliklə, özünüzü qış soyuqluğuna hazırlayın və bədəninizə çox ehtiyac duyduğu qidanı vermək üçün qış pəhrizinizə sarımsaq əlavə etməyin asan yollarını axtarın.

Bəs bu qədər faydası olan sarımsaq orqanizmə daxil olduğu ilk 24 saat ərzində nə edir?

XOLESTEROLU tənzimləyir: Xolesterol səviyyəsini tənzimləyir, damarları təmizləyərək ürək xəstəliklərindən qoruyur.

DAMARLAR TƏMİZLƏNİR: Bədən ürək-damar xəstəliklərinə qarşı daha çox qorunur.
TƏBİİ ANTİBİOTİK MƏNBƏYİ: Təbii antibiotik mənbəyidir. İmmunitet sistemini gücləndirir və qripin qarşısını alır.
QAN TƏZYİQİNİ TƏNZİMLƏYİR: Qan təzyiqi və buna uyğun olaraq qan təzyiqi tarazlanır.
YIĞILAN AĞIR METALLARA FAYDALIDIR: Orqanizmdə yığılmış ağır metalların çıxarılmasına kömək edir.
HÜCƏRƏLƏRİ TƏMİZLƏR: Yüksək qida tərkibi sayəsində yorğunluğu aradan qaldırır. Hüceyrələri təmizləyir və bu hüceyrələrin daha uzun yaşamasına kömək edir.

 

 

Tərcümə: Nigar Oktayqızı

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ