Ər-Riyadda keçirilən sammitdə Səudiyyə Ərəbistanı və Çin arasında 50 milyard dollarlıq investisiya sazişi imzalayıblar.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, Razılaşmaların təfərrüatları açıqlanmayıb.
İnvestisiya həm özəl, həm də dövlət sektoruna təsir edəcək.
Qeyd edək ki, dekabrın 8-də Çin prezidenti Si Cinpin son altı ildə ilk dəfə Səudiyyə Ərəbistanına üç günlük səfər edib.
Səudiyyə Ərəbistanı Çin iqtisadiyyatına investisiyaların həcminə görə ölkələr siyahısında 12-ci yerdə qərarlaşıb.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR