Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahələrinin verilməsi üçün vətəndaşlar hansı qurumlara müraciət etməlidir və proses necə tənzimlənir?
Cavab:Fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə torpaq sahələri bələdiyyələrin ehtiyat fondundan verilir.
Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə torpaq sahələrinin verilməsi vətəndaşların müraciəti əsasında bilavasitə bələdiyyələr tərəfindən verilir.
Digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR