Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78493
az

Qaraciyər, Təzyiq və Qəbizliyin Çarəsi - 1 Saata Sağaldır!

09:2311 Dekabr, 2022
1432
OXU24 TV
  • A

Çuğundur insan orqanizmi üçün faydalı olan tərəvəzlərdən biridir. Tərkibi vitaminlər, mikro və makroelementlər, həmçinin, faydalı birləşmələrlə zəngindir. Düzdür, çuğunduru yeməkdə və ya salatda  sevməyənlər də var. Onlar üçün bu tərəvəzdən faydalanmağın ən yaxşı yolu çuğundurdan hazırlanan məhluldur.  Bəribaşdan deyim ki, haqqında danışdığım məhlul xalq təbabətində və kosmetologiyada geniş istifadə edilir.  Məhlul:
-metabolizmanı nizamlayır;
-qaraciyəri toksinlərdən təmizləyir;
-təzyiqi stabilləşdirir;
-damarları möhkəmlədir; 
-orqanizmdəki zərərli maddələrin xaric olunmasını təmin edir;
-mədə-bağırsaq traktatının işini normallaşdırır;
-bədənin fiziki quruluşunu yaxşılaşdırır; 
 Çuğundur məhlulu “təbii enerji içkisi” də sayılır. 

 Məhlulun hazırlanma qaydası. 
 Hazırladığınız məhlulun təbiiliyindən əmin olmaq üçün, yaxşı olar ki, çuğunduru da özünüz becərəsiniz. Çuğundurun tərkibindəki maddələrin əksəriyyəti suda həll olmaq qabiliyyətinə malikdir. Bir də, istifadə edəcəyiniz çuğundurların qabığını soyun ki, hazırladığınız məhlul həddən artıq nitrat yüklü olmasın. 
 Orta ölçülü 1 çuğunduru yuyun, qabığını soyun. 3 l təmiz suyun içinə  iri şəkildə doğrayın və qaynamağa qoyun. Ta ki, suyun 1⁄3-i qaynayaraq çəkiləndə, çuğundur dilimlərini sudan çıxarın. Soyuyandan sonra sürtgəcdən keçirin. Təzədən suya qatın, 10-15 dəqiqə qaynadın. Sonra soyumasını gözləyin və için.  Qeyd edim ki, mütəxəssislər hər dəfə təzə məhlul içilməsini məsləhət görür. Yəni, bu gündən hazırlayıb sabaha saxlamağın faydası yoxdur.  Klassik üsulla hazırlanmış məhlul 1 gün ərzində içilməyə bəs edir.  Səhər hazırladığınız məhluldan lazım olan qədərini için, yerdə qalanı soyuducuya qoyun. Növbəti  dəfə içəcəyiniz vaxtdan 30 dəq əvvəl otaq temperaturuna çıxarın və azca havalandırıb için. 
 Məhlulun qəbulu. 
 Çuğundur məhlulu tərəvəzin özü qədər faydalıdır. Tərkibində B qrupu vitaminləri, C vitamini və maddələr mübadiləsində katalizator rolunu oynayan birləşmələr var. Alma turşusu, limon turşusu və süd turşusu da çuğundur məhlulunun tərkibində yetəri qədər mövcuddur. Düzdür, termik emala məruz qalarkən  bəzi birləşmələr dəyişikliyə uğrayır, amma bu da məhlulu rahat həzm olunan və yüngül içkiyə çevirir.  Çuğundur şirəsindən  fərqli olaraq, məhlul mədədə heç bir “kəpənək effekti” yaratmır. Başqa sözlə, mədədə qıcqırma və yanma olmur. Kaliumdan dəmirədək bir çox mikroelementləri orqanizm  bu məhluldan ala bilir. Həmçinin, məhlul pektin, lif və zülalla da zəngindir. 
 Orqanizmdəki bir çox problemlər çuğundur məhlulunun köməyilə aradan qalxa bilər. 
 Hipertoniya zamanı. 
  Yüksək arterial təzyiqdən əziyyət çəkənlər hər gün 0,5 l çuğundur məhlulu içməlidir. Yaxşı olar ki, məhlulu iki dəfəyə, hər dəfə də yeməkdən sonra içəsiniz.  Mütəxəssislər məsləhət görür ki, məhlul qəbul edilən ərəfədə kələm, yerkökü və kartofla zəngin yeməklərə üstünlük verilsin.  Prosedur 1 ay davam etməlidir. Sonra arada 1 ay fasilə verməklə yenidən təkrarlamaq olar. 
 Damarların təmizlənməsi üçün. 
 Ürəyin işindəki bəzi problemlərin aradan qalxmasında orqanizmə dəstək olan çuğundur məhlulu damarların təmizlənməsini də məsuliyyətlə “yerinə yetirir.”  3-4 orta ölçülü çuğunduru xırda doğrayın, üstünə çıxanadək su əlavə edin və vam odda 5-6 saat qaynadın. Sonra soyumasını gözləyin. Elə ki, soyudu, üzərinə 1 stəkan təbii bal və 1 stəkan 70%-li  sirkə, 4 limonun təzə sıxılmış şirəsini əlavə edin.  Yaxşıca qarışdırın. Hər gün 1 xörək qaşığı bu qarışımdan ilıq halda qəbul edin. Diqqət edin: mədə xorasından əziyyət çəkənlər bu qarışımdan istifadə etməməlidirlər. 
 Dabandakı çatlar zamanı. 
 Çatlar varsa, hər gün ayaqları çuğundur məhlulu ilə vanna eləmək lazımdır.  Müsbət nəticəyə nail olmaq üçün prosesi mütəmadi olaraq, təkrarlayın. 
 Kişi sağlamlığı üçün. 
 Klassik üsulla hazırlanmış məhlul prostat vəzinin sağlamlığını dəstəkləyir.  Belə ki, o, vəzidə problem yaranmasının qarşısını alır, simptomları azaldır, orqanın işini yaxşılaşdırır. Gündə 3 dəfə, yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı çuğundur məhlulu içən kişilər prostat vəzi xəstəliklərindən sığortalanmaq şansı əldə edirlər. Prosedur 2-3 həftə davam etsə, yaxşı olar. Adətən, bu müddət ərzində kişilər artıq özlərini yaxşı hiss edirlər.  Ardınca 14 günlük fasilə verməli, sonra proseduru təkrarlamalısınız. 
Qaraciyəri təmizləmək üçün. 
 Ən böyük daxili orqanımızı zərərli maddələrdən və toksinlərdən təmizləməyin üsullarından biri də çuğundur məhlulunu “köməyə çağırmaqdır”.  İçki orqanın işini yaxşılaşdırır, simptomları azaldır, qaraciyərin gücə düşməyinin qarşısını alır. 3 saatdan bir qəbul edilən məhlul klassik üsulla, hər dəfə təzə-təzə hazırlanmalıdır.  Qaraciyərin təmizlənməsi prosesi 1-2 həftə davam etməlidir.  Çalışın ki, bu ərəfədə ağır fiziki işlərlə məşğul olmayın. Yaxşı olar ki, məhlulu qəbul edəndən sonra uzanasınız və mədənizi isti şalla sarıyasınız. Çünki istilik məhlulun terapevtik qabiliyyətini artırır.

 

Demədi Demə

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Paşinyan saqqalını qırxdı - VİDEO
Kirpi ona hücum edən bəbiri deşik-deşik etdi— VİDEO

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu