Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7846
az

Qardaş Türkiyədən Ermənistana Qarabağ dağı: Paşinyanın təklifi rədd edildi

17:3111 Dekabr, 2018
970
DÜNYA
  • A
“Azərbaycanın işğal olunmuş ərazilər azad olunmayanadək regionda sabitlik ola bilməz”

 #Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməlidir.

Oxu24.com -un  məlumatına görə, bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər.

Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın ölkəsinin Türkiyə ilə diplomatik münasibətləri Dağlıq Qarabağla bağlı ilkin şərtlər olmadan bərpa etməyə hazır olduğu barədə açıqlamasını şərh edən Administrasiyadan bildiriblər ki, Türkiyə regionda sabitlik və sülh tərəfdarıdır: “Azərbaycanın işğal olunmuş ərazilər azad olunmayanadək regionda sabitlik ola bilməz”.

Bundan başqa, o da vurğulanıb ki, Ermənistan 1915-ci il hadisələri ilə bağlı iddialardan əl çəkməlidir, çünki həmin dövrdə ermənilərin heç bir “soyqırımı” olmayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
NATO bu ölkədə təlim keçirəcək
Gürcüstanın müxalif siyasətçisisi SAXLANILDI - FOTO