Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78429
az

Ukrayna səfiri humanitar yardıma görə Azərbaycana təşəkkür etdi

14:5510 Dekabr, 2022
80
CƏMİYYƏT
  • A

Mən Ukrayna xalqı adından dost Azərbaycana humanitar xarakter daşıyan və müharibənin bu çətin aylarında göstərilən böyük yardıma görə minnətdarlığımı bildirmək istərdim.

OXU24.COM Trend-ə istinadən bildirir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.

"Azərbaycanın indiyə qədər göstərdiyi yardımı xatırlayırıq - bu, Ukraynada bir çox insanın həyatını xilas edən 1000 ton ərzaq, dərman, tibbi avadanlıqdır. Bu gün bizim üçün vacib yük - humanitar karvan göndəriləcək. Bu, xəstəxanalar, Ukraynanın enerji infrastrukturunun zərər çəkdiyi müəssisələr üçün nəzərdə tutulmuş enerji komponentləri və transformatorlar, generatorlardır. Bu bizim dəyər verdiyimiz, həmişə xatırlayacağımız səmimi dostluğun təzahürüdür və buna görə biz həm Azərbaycan rəhbərliyinə, həm də Azərbaycan xalqına çox minnətdarıq", - deyə səfir bildirib.

Qeyd edək ki, Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə, bu gün Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib.

"Azerenerji" ASC-nin təmin etdiyi 45 güc transformatoru və 50 generatorun ilk hissəsini daşıyan yük avtomobil karvanı bugün Ukraynanın ölkəmizdəki səfirinin və "Azerenerji" ASC-nin nümayəndələrinin iştirakı ilə Qobu Enerji Qovşağının ərazisindən yola salınıb. Sözügedən yükün çəkisi 52.2 ton təşkil edir və 4 TIR vasitəsilə daşınır. Ümumi məbləği təxminən 1 milyon 422 min manat olan humanitar yükün tam çatdırılması məqsədilə ikinci yük avtomobil karvanının yaxın günlərdə yola çıxması nəzərdə tutulub.

Ukraynadakı böhranla bağlı Azərbaycan Respublikasının göstərdiyi humanitar yardımın ümumi məbləği artıq 30 milyon manata yaxındır. Bununla yanaşı, son 6 ay ərzində müxtəlif qurumlar tərəfindən Ukrayna xalqına humanitar yardım xarakterli xidmətlər göstərilib. Belə ki, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə ölkəmizə gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib, humanitar yardım xarakterli müxtəlif tədbirlər həyata keçirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Əsədov daha bir qərar imzaladı
"Dəmiryol nəqliyyatı haqqında Nizamnamə" təsdiqləndi
Əli Əsədov qərar imzaladı

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı