Belarusun Mozır, Qomel və Mogilev şəhərlərində Rusiyadan səfərbər edilmiş hərbi qulluqçular toplaşır.
Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı açıqlama yayıb.
"Mozır, Qomel və Mogilyov şəhərlərində Rusiyadan səfərbər edilmiş hərbi qulluqçuların sayının artması müşahidə edilib. Qomel vilayətinin hərbi komissarlığında hərbi xidmətə cəlb olunanların etimadnamələrinin yoxlanılması üçün tədbirlər görülür", - deyə məlumatda bildirilir.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR