Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Fiziki şəxs yol hərəkəti qaydaları ilə əlaqədar cəriməni ödəmədiyi halda barəsində hansı tədbirlər görülə bilər?
Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədikdə, müvafiq orqan tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokol tərtib edilir.
Protokol baxılması üçün şəxsin qeydiyyatda olduğu rayon məhkəməsinə göndərilir.
Məhkəmə tərəfindən “nəqliyyat vasitəsini idarə etmək hüququ” altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs cərimənin ödəməsi barədə məlumatı məhkəməyə təqdim etdiyi halda barəsində tətbiq edilmiş inzibati tənbehin icrasına xitam verilir.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR