Ukrayna məhkəməsinin Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlı və onun dostu Sübhan Quliyevə hökm oxuması barədə məlumat vermişdik.
Oxu24.com xəbər verir ki, dünən keçirilən məhkəmə prosesində onlar adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda təqsirləndirilərək 8 il azadlıqdan məhrum ediliblər. Məhkəmə prosesində olduqca gərgin anlar yaşanıb.
Misir Qasımlı və Sübhan Quliyev məhkəmənin ədalətsiz qərarrına etiraz olaraq qışqırmağa başlayıblar.
Misir Qasımlı prokurora "Çaqqal prokuror,sən satılmısan" deyərək onu təhqir etməyə başlayıb.Daha sonra onlar məhkəmə zalındakı şüşələrə yumruq zərbələri endirib.Nəticədə məhkəmə zalına polis əməkdaşları çağırılıb.
Sözügedən videonu təqdim edirik:
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR