Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu əcnəbi vətəndaşların hüquqları ilə bağlıdır.
Xarici vətəndaş Azərbaycanda özünə torpaq və ya ev ala bilərmi?
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.
Həmin şəxslərin yaşayış sahəsi alması və həmin yaşayış sahəsi üzərində özünün mülkiyyət hüququnu qeydiyyata alması ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur.
Əcnəbi vətəndaş yalnız dövlət və ya ictimai mənzil fonduna aid olan mənzili özəlləşdirə bilməz
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR