Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78269
az

Prezident bu şəxslərin maaşlarına əlavələri artırdı

18:2408 Dekabr, 2022
443
SİYASƏT
  • A

"Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. 

Oxu24.com  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Dəyişikliyə əsasən, prokurorluq işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvlərinin tibbi təminatı "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Buna qədər prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurdular. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilirdi.

Bundan başqa, sənədə əsasən, hərbi prokurorluq orqanlarının prokurorluq işçisi olan hərbi qulluqçularına bu Qanun və "Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müqayisədə hərbi qulluqçular üçün Azərbaycan Respublikası qanunlarına əsasən müəyyən edilmiş daha əlverişli şərtlərlə pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar şamil edilir.

Dəyişikliyə qədər, hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikasının qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilirdi.

Eyni zamanda, bundan sonra prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara verilən iki aylıq əməkhaqqı məbləğində pul təminatı ləğv edilib.

Həmçinin, sənədə əsasən, prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.

Buna qədər, prokurorluq işçilərinə hər il onların əməkhaqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilirdi.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna səfiri etimadnaməsinin surətini XİN-ə təqdim etdi - FOTO
“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”
Ceyhun Bayramov Qətərə getdi